“Mərkəzi Bankın binasının tikintisinə sərf ediləcək 450 milyon manatla şəhid ailələrini mənzillə təmin etmək olar”

“Mərkəzi Bankı (AMB) yeni inzibati binasının tikintisinə 450 milyon manat xərclənəcək. Əvvala, planlaşdırılan vəsait həddindən çox şişirdilmiş görünür. Baxın, 32 mərtəbəli 1 inzibatı binanın tikintisinə xərclənəcək 450 milyon manat baş bankir Elman Rüstəmovun təmsil etdiyi Cəbrayıl rayonunun bütövlükdə bərpası üçün nəzərdə tutulan vəsaitin 20 faizi qədərdir. İkincisi, hazırkı dövrdə bu qədər israfçılığa etmək olmaz. Nəzərə alsaq ki, Qarabağın böyük bərpa planı üçün yaxın 3 ildə 8,6 milyard manat xərclənməlidir. AMB-nin bu qədər bədxərclik etməsinə nə lüzum var?”.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadi Qubad İbadoğlu deyib.

Q.İbadoğlunun sözlərinə görə, bankların bağlandığı, manatla və valyuta ilə depozitlərin həcminin azaldığı, cəmi kredit qoyuluşlarının aşağı düşdüyü, milli iqtisadiyyatda 4 faiz enişin qeydə alındığı indiki şəraitdə belə bahalı inzibatı binanın tikintisinə 450 milyon manatın xəcrlənməsinə qərar verənlər başa düşməlidirlər ki, böyük binaların istismar və saxlanma xərcləri də çox olur: “Onsuz da belə iqtisadi siyasətlə yaxın 5-10 ildə Neft Fondu boşalacaq, aktivləri tükənəcək, beləliklə də onun 144 milyon 270 min manatlıq hər mərtəbəsində 5-10 nəfər işçisi olan binasına da ehtiyac qalmayacaq. AMB bir az da gözləyib, birbaşa Neft Fondunun inzibatı binasına da köçə bilərdi. 28 mərtəbəli SOFAZ-Tower binasının hazırda 18 açıq tipli ofis mərtəbəsinin hər birində orta hesabla 7-8 nəfər çalışır. 450 milyon manatla şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının hər birini mənzillə və avtomobillə təmin etmək olar”.

Facebook Comments