Mərkəzi Bank 100 milyon manat cəlb edəcək

Yanvarın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Trend-ə bildirilib ki, hibrid hərracda 100 000 000 (yüz milyon) manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür.

“Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76% – 7,49% faiz təşkil edir.

Sozcu.az

Facebook Comments