Merkelin siyasətini davam etdirəcəm – Laşet

Almaniyanın Xristian Demokrat İttifaqı Partiyasının sədri seçilsəm, Angela Merkelin siyasətini davam etdirəcəyəm.

Sozcu.az xəbər verir ki, bunu Almaniyanın Xristian Demokrat İttifaqı Partiyasının sədri vəzifəsinə namizəd Armin Laşet deyib.

“Biz sağçı terrorçulara ölkəni dağıtmağa izn verməyəcəyik. Xristian Demokratik İttifaqı fərqli insanları yaxınlaşdırmağa davam etməlidir. Merkel hakimiyyətə gəldikdən sonra Almaniyanı depressiyadan çıxarmaq mümkün oldu və ona görə də bu uğur davam etdirilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Markel bir neçə aya siyasətdən gedəcəyini açıqlayıb.

Facebook Comments