“Məni sevmirsənsə, əl çək!”

Aktrisa Pərvin Abıyeva yazdığı statusla diqqət çəkib.

Sozcu.az xəbər verir ki, İnstaqramda yeni fotosunu paylaşan sənətçi “Məni sevmirsənsə, əl çək. Nə müqəddəs, nə doğru, nə də rahat olmaq istəmirəm. Xoşbəxt olmaq istəyirəm” sözlərini yazıb.

Aktrisanın bu sözləri izləyiciləri arasında müzakirəyə səbəb olub. Onlar fotoya müxtəlif şərhlər bildiriblər.

Qeyd edək ki, Pərvin keçmiş polis leytinantı Murad Abdullayevlə sevgili idi. Aktrisa bir müddət əvvəl sevgilisindən ayrıldığını açıqlayıb.

Facebook Comments