“Məmurlar öyrəşiblər dövlətin, xalqın pulunu yeməyə…”

“Vecimə də deyil, qoy hər kəsə düşmən olum, sözün düzünü deyirəm. Məmurları gözləri kor olub? Prezident İlham Əliyevin ətrafına toplaşmağa cürətləri çatmır? Həmin məmurlar öyrəşiblər dövlətin, xalqın pulunu yeməyə…”.

Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış müğənni Rəqsanə İsmayılova deyib.

“Haradadadır Azərbaycanın Rusiyadakı səfiri? Çıx, camaata kömək elə, ay kişi! Diaspor sədrləri var. Çıxsınlar xəstələrə kömək etsinlər, ən azından müalicələrinə dəstək olsunlar. Mətbuat nümayəndələri haqqımda neqativ nəsə olan kimi biabır edirlər. Bu sözlərimi də yayın, xahiş edirəm” – R.İsmayılova qeyd edib.

Facebook Comments