Məktəb direktoru qəzaya düşdü- Əsgər getməyə hazırlaşan gənc öldü…

Xəbər verdiyimiz kimi dünən təxminən saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Cəlilabad rayon Vəlnik kənd sakini Mahir Nəzərov ona məxsus “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Sozcu.az xəbər verir ki, hadisə nəticəsində sürücü Mahir Kərimov, Səbuhi Kərimov və 17 yaşlı Tural Qəmbərov ağır yaralanıblar. Yaxın qohum olan hər üç nəfər Cəlilabad Mərkəzi Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq 18 Tural Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları əməkdaşımıza bildirib ki, “Mercedes”in sürücüsü Mahir Nəzərov Vəlnik kənd orta məktəbinin direktorudur. T.Kərimov isə aprel ayında əsgər gedəcəkmiş, amma koronavirusa görə onun orduya çağırılması iyul ayına qədər təxirə salınıb. T.Kərimov üç bacının bir qardaşı olub və o, bu gün dəfn olunub. S.Kərimov və M.Nəzərov reanimasiyadadır.moderator.az

Facebook Comments