“Əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyəcək”

“Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar”.

Sozcu.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, – deyə türkiyəli nazir vurğulayıb.

Facebook Comments