Mehman Hüseynov Rauf Arifoğlunun dairəsindən namizədliyini irəli sürəcək

Bloqer Mehman Hüseynov yenidən deputatlığa namizədliyini irəli sürüb.

M.Hüseynov namizədliyini bu dəfə nəticəsi ləğv edilmiş 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürüb.

Sozcu.az xəbər verir ki, Bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb.

Xatırladaq ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlu qalib elan olunsa da, sonradan İqbal Ağazadənin şikayəti əsasında bu dairə üzrə nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunmuşdu.

Facebook Comments