Medvedyev istefa verdiyi gün 127 milyard xərclədi

Rusiya hökuməti 10510 “Lider” atom buzqıran gəmisinin inşası üçün 127 milyard rubl ayırıb.

Sozcu.az xəbər verir ki, bununla bağlı sərəncam yanvarın 15-də Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev tərəfindən istefasından az müddət əvvəl imzalanıb.

Buzqıran gəminin inşası “Rosatom” dövlət şirkəti tərəfindən aparılacaq. Gəminin 2027-ci ilə qədər hazır olması nəzərdə tutulur.

Qeyd edək ki, 10510 “Lider” layihəsi dünyanın ən güclü atom buzqıran gəmisi hesab olunur.

Facebook Comments