Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

“Hazırda Prezidentin göstərişi ilə mühüm bir proqram – keçmiş köçkünlər üçün tikilən mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, artıq bu işlər yekunlaşandan sonra yaxın aylarda şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunmasına başlanacaq.

Facebook Comments