“Maşınlarda etibarnamə sistemi ləğv edilsin” – TƏKLİF

Deputat Azər Badamov avtomobilin idarəolunması üçün digər şəxslərə verilən etibarnamənin ləğv edilməsini təklif edib.

Sozcu.az xəbər verir ki, deputat qeyd edib ki, inkişaf etmiş ölkələrdə avtomobilin idarəolunması üçün etibarnamə verilməsi sistemi yoxdur: “Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var.

Etibarnamə Sovetdən qalma məsələdir. Bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə texniki imkanlardan istifadə edib onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarə etmək məsələsinin ləğv edilməsini təklif edirəm”.

Facebook Comments