Marselo “Real”dan gedir

Marselo şərəfini qoruduğu “Real”dan ayrılmağa qərar verib.

Sözcü.az xəbər verir ki, braziliyalı müdafiəçi bu qərarını rəhbərliyə bildirib. Marselo başqa kluba transferi üçün ona problem yaradılmamasını istəyib.

Xəbərdə 31 yaşlı oyunçu ilə “Arsenal”, “Yuventus”, PSJ və “Milan”ın maraqlandığı iddia olunub.

Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatır.\Axar.az\

Facebook Comments