“Marneulidə onları kənddə saxlamaq və qırmaq lazımdır” – ŞOK AÇIQLAMA

“Marneulidə onları kənddə saxlamaq və qırmaq lazımdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze deyib.

O yazdığı iki rəydə də təhqiramiz ifadələrə yol verib.

“Dövlətin qanularına tabe olmurlar? Potensial virus daşıyıcısı və qatil kimi davranırlar. Bu zaman onları həmin mühitə həbs etsinlər və sahiblərini…. İstər azəri olsun, istər gürcü, istər rus”, – deyə, rəy bölməsində yazıb.

Milli Əlyazmalar Mərkəzindən isə bildirilib ki, rəhbərin bu cür rəyləri barədə sabah açıqlama veriləcək.

Qeyd edək ki, Zaza Abaşidze, Milli Əlyazmalar Mərkəzinin rəhbəri vəzifəsinə 2015-ci ildə təyin edilib.

Reester xidmətində qeydiyyatda olan, sözügedən mərkəz, 2013-cü ildə, A.M Qorçakov adına diplomatiyaya dəstək fondu tərəfindən yaradıldığı bildirilir./24News.ge /

Facebook Comments