Maradonaya qarşı intizam işi açıldı – Trampı tənqid etdiyi üçün

Meksika Futbol Federasiyası birinci divizionda çıxış edən “Dorados”un baş məşqçisi Dieqo Maradonaya qarşı intizam işi açıb.

Sozcu.az xəbər verir ki, buna səbəb 59 yaşlı mütəxəssisin Venesuela Prezidenti Nikolas Maduro və ABŞ prezidenti Donald Tramp haqda səsləndirdiyi fikirlərdir.

Maradona 12-ci turda “Tampiko Madero” ilə görüşdə qazandıqları qələbəni N.Maduro və Venesuelada əziyyət çəkən insanlara həsr etdiyini söyləyib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın davranışlarından narazı olduğunu bildirərək, müxalifət lideri, bəzi ölkələrin Venesuelanın dövlət başçısı kimi tanıdığı Xuan Quaydonu “kukla” adlandırıb.(Qol.az)

Facebook Comments