Maradona saxlanıldı

Dünya futbolunun əfsanəsi Dieqo Maradona həbs oluna bilər.

Sozcu.az xəbər verir ki, argentinalı veteran hücumçu Buenos-Ayres hava limanında saxlanılaraq polis bölməsinə aparılıb. Buna səbəb Maradonanın keçmiş sevgilisi Rosio Olivanın şikayətçi olmasıdır.

Olivaya 5.6 milyon avro borclu olan Maradona bu məbləği ödəməkdən imtina etiyi üçün keçmiş rəfiqəsi bu addımı atıb.(Qol.az)