Mane qayıtdı

“Liverpul”un futbolçusu Sadio Mane zədəsini sağaldıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, seneqallı hücumçu komanda ilə ümumi məşqlərə başlayıb.

Qeyd edək ki, S.Mane İngiltərə Premyer Liqasında “Vulverhempton”la matçda zədələnmişdi. Bu səbəbdən o, ölkə çempionatında iki oyun buraxıb.(Qol.az)

Facebook Comments