“Mançester Yunayted” Avroliqaya 2-ci mərhələdən başlaya bilər

“Mançester Yunayted” 2019/2020 mövsümünə 25 iyuldan başlaya bilər.

Sozcu.az-ın “Sky Sport”a istinadən yaydığı xəbərə görə, bu, İngiltərə kubokunun finalında mayın 18-i keçiriləcək “Mançester Siti” – “Uotford” oyununun nəticəsindən asılıdır. Əgər bu matçda “Uotford” qalib gəlsə, o zaman “MY” Avropa Liqasının ikinci təsnifat mərhələsindən çıxış edəcək. Bu mərhələnin görüşlərinin iyulun 25-i oynanılması planlaşdırılır.

“Siti” qələbə qazanağı təqdirdə isə Ole-Qunnar Sulşerin komandası birbaşa Avroliqanın qrup mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin oyunlarına avqusun 10-u start veriləcək.(Qol.az)