“Mançester Siti”nin zədəlisi qayıtdı

“Mançester Siti”nin zədəli futbolçusu Oleksandr Zinçenko komandayla birgə məşqlərə başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb. Xəbərdə, Zinçenkonun komandanın son məşqində iştirak etdiyi bildirilib.

Ukraynalı futbolçu aprelin 3-də, “Mançester Siti” – “Kardiff Siti” matçında (2:0) zədələnmişdi.(Komanda.az)