“Mançester Siti”dən yeni rekord

“Mançester Siti” İngiltərə Federasiya kubokunun finalında “Uotford”u məğlub edərək, turnirin qalibi olub.

Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə “şəhərlilər” yeni rekorda imza atıb. Belə ki, “Mançester Siti” bu mövsüm bütün turnirlər daxil olmaqla 50 qələbə qazanıb. Bu, ingilis klubları arasındakı ən yüksək göstəricidir.

Bundan əvvəlki rekord isə 44 qələbə idi. “Mançester Yunayted” 2008/09, “Mançester Siti” isə 2017/18 mövsümündə bu göstəriciyə nail olmuşdu.(Komanda.az)