“Mançester Siti”dən Qrizmann açıqlaması

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Atletiko”dan ayrılacağını açıqlayan Antuan Qrizmannı transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, fransalı hücumçunu almağa hazırlaşmadıqlarını bildirib: “Qoy, “Barselona” azarkeşləri narahat olmasınlar. “Mançester Siti” Qrizmannı almağa hazırlaşmır. Biz yüksək məbləğ ödəyə bilmərik. Antuan bizi maraqlandırmır”.

Qeyd edək ki, “Mançester Siti”nin Qrizmann üçün “Barselona”dan çox məbləğ ödəməyə hazır olduğu iddia olunur.(Qol.az)