“Mançester Siti”dən ardıcıl 7-ci qələbə

“Mançester Siti” İngitərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Sozcu.az-ın məlumatına görə, Pep Qvardiolanın komandası 32-ci turda səfərdə “Fulhem”lə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bununla da, “Mançester Siti” ölkə çempionatıdna ardıcıl 7-ci matçda qələbə qazanıb.
“Fulhem” – “Mançester Siti” – 0:2
Qollar: Silva, 5, Aquero, 27

Bu qələbə ilə xalını 77-yə yüksəldən “Mançester Siti” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Liverpul” 76 xalla 2-ci, “Tottenhem” 61 xalla 3-cüdür.(Qol.az)