“Mançester Siti”də yeni müqavilə

“Mançester Siti” futbolçusu Bernardu Silva ilə müqaviləni yeniləyib.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2017-ci ildən “şəhərlilər”də çıxış edən 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 29 oyuna 5 qol vurub.(Qol.az)