“Mançester Siti” yeni kapitanını açıqladı

“Mançester Siti” 2019/2020 mövsümü üçün yeni kapitanını açıqlayıb.

Sozcu.az-ın klubun rəsmi “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi David Silvaya kapitanlıq sarğısı həvalə olunub.

Fernandinyo və Kevin de Brüyne vitse-kapitanlar təyin edilib.

Qeyd edək ki, komandanın ötən mövsüm kapitanı yayda “Mançester Siti”dən ayrılan Vensan Kompani idi.(Qol.az)