“Mançester Siti” və “Lion” 1/4 finalda

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.

Sozcu.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib.

Fransada “Lion”a 0:1 hesabı ilə uduzan “Yuventus” bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. “Lion” səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb. Gecənin digər görüşündə isə “Mançester Siti” Madrid “Real”ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

7 avqust

Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

23:00. “Yuventus” (İtaliya) – “Lion” (Fransa) – 2:1
Qollar: Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1)
İlk oyun – 0:1

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 2:1
Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)
İlk oyun – 2:1

8 avqust

23:00.”Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
İlk oyun – 1:1

23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
İlk oyun – 3:0

1/4 final

12 avqust

23:00.”Atalanta” (İtaliya) – PSJ (Fransa)

13 avqust

23:00.”Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)

14 avqust

“Barselona” (İspaniya) / “Napoli” (İtaliya) cütünün qalibi – “Bavariya” (Almaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi

15 avqust

“Mançester Siti” (İngiltərə) / “Real Madrid” (İspaniya) cütünün qalibi – “Yuventus” (İtaliya) / “Lion” (Fransa) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.

Facebook Comments