“Mançester Siti” “Tottenhem”i udub liderliyə yüksəldi

“Mançester Siti” İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Sozcu.az-ın məlumatına görə, komanda 34-cü turda doğma meydanda “Tottenhem”lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Siti” – “Tottenhem” – 1:0
Qol: Filip Foden, 5

Bu qələbə ilə xalını 86-ya çatdıran Pep Qvardiolanın komandası liderliyə yüksəlib. “Liverpul” 85 xalla 2-ci, “Tottenhem” 67 xalla 3-cüdür.(Qol.az)