“Mançester Siti” növbəti mövsümün favoritidir” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp növbəti mövsümlə bağlı açıqlama verib.

Sozcu.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, növbəti mövsümdə Premyer Liqada “Mançester Siti”nin favorit olduğunu deyib:

“Keçən mövsüm Premyer Liqa iki atın yarışına bənzəyirdi, amma təəssüf ki, bu turnirdə çoxlu yaxşı klublar var. Fikrimcə, “Mançester Siti” də vəziyyəti eyni şəkildə görür.

“Mançester Siti” növbəti mövsümün favoritidir və hər komanda onları məğlub etməyə cəhd edir, biz də o komandalardan biriyik. Ən azı bunu etməyə çalışmalıyıq. Amma istənilən halda, mövsümboyu ən yaxşı oyunumuzu göstərməliyik və bunu edəcəyimizi bilirəm”.(Komanda.az)