“Mançester Siti” Kevin de Breyne ilə müqaviləni uzadıb

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Breyne ilə müqaviləni uzadıb.

Sozcu.az-ın məlumatına görə, 29 yaşlı belçikalı yarımmüdafiəçi 2025-ci ilin yayına qədər Premyer Liqa təmsilçisində çıxış edəcək.

Yeni anlaşmada onun maaşı da artırılacaq. Kevin həftədə 350 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, belçikalı 2015-ci ildən “Mançester Siti”də oynayır.

Facebook Comments