“Mançester Siti” İngiltərə kubokunun qalibi oldu

İngiltərə kubokunda 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Sozcu.az-ın məlumatına görə, “Uembli” stadionunda keçirilən final oyununda “Mançester Siti” və “Uotford” üz-üzə gəlib. Matç Pep Qvardiolanın komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Siti” – “Uotford” – 6:0
Qollar: Silva, 26, Sterlinq, 38, De Brüyne, 61, Jezus, 68, Sterlinq, 81, 87

Bununla da Mançester təmsilçisi 8 ildən sonra bu turnirin qalibi olub.

Qeyd edək ki, bu, “Siti”nin 2018/2019 mövsümündə qazandığı üçüncü kubok olub. Komanda bundan əvvəl İngiltərə Liqa kubokunu və Premyer Liqanın qalibi olub.(Qol.az)