Mahir Quliyevin yüksəlişini kim himayə edib?

2 gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilən Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin kariyeradakı yüksəlişinə restoran müdirliyindən gəldiyi bildirilir.
Daha əvvəl idarəetmədə ciddi təcrübəsi olmayan şəxs kimi M.Quliyevin idarəçilik sahəsinə keçdində və yüksəlişində hakimiyyət eşolonundan ciddi himayənin və ya himayəçinin olmaması inanılmazdır.

Turkustan.info-nun əldə etdiyi məlumata görə onun icra hakimiyyəti orqanında vəzifə tutmasında baş nazirin keçmiş müavinlərindən birinin müstəsna xidmət olub. Digər məlumata görə M.Quliyev Baş nazirin müavini olmuş İsmət Abbasovun qohumudur. Hər iki məlumat arasında paralelliyin olub-olmasını isə adıçəkilən şəxslər daha yaxşı bilir.

Xatırladaq ki, M.Quliyev 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini, bir neçə ay sonra 2006-cı ildə Astara rayonuna, 2011-ci ildə isə Biləsuvar rayonuna icra başçısı təyin olunub.

Sozcu.az

Facebook Comments