Maharaştada xüsusi təyinatlıların maşını partladıldı: 16 ölü

Hindistanın Maharaşta bölgəsində xüsusi təyinatlı polis qüvvələrini daşıyan mikroavtobusun partladılması nəticəsində 16 nəfər həlak olub.

Sozcu.az xəbər verir ki, bu barədə “Press Trust of İndia” agentliyi informasiya yayıb.

Məlumata görə, ölənlərdən 15-i polis, biri isə mikroavtobusun sürücüsü olub. Teraktı Hindistan Kommunist Partiyasına tabe dəstələrin həyata keçirdiyi bildirilir.(Axar.az)