Madurodan Trampa barışıq təklifi: Mən hazıram

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa gərginliyi azaltmaq üçün dialoq çağırışı edib.

 

Sozcu.az xəbər verir ki, bu barədə Maduro Tvitterdə qeyd edib.

O, Tramp hakimiyyəti ilə 2020-ci ildə yeni səhifə açmaq istədiyini bildirib.

Özünü “dialoq adamı” kimi təqdim edən Maduro “Mən dialoq adamıyam. Donald Tramp, yaxud ABŞ-ı idarə edən hər kimsə harada, nə zaman, necə istəyirlərsə, münasibətlərimizin yeni təməlini qurmaq və bölgənin sabitliyinə töhfə vermək üçün hörmət və şərəflə dialoq üçün hazırıq”, – sözlərini qeyd edib.

Facebook Comments