Madurodan şok: Quaido məni öldürmək istədi

Venesuela Prezidenti Nikolas Maduro ABŞ və müxalif lider Xuan Quaidonu ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

Sozcu.az xəbər verir ki, bu barədə Maduro televiziyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hökumət sui-qəsdçilərin planının qarşısını almağa müvəffəq olub.

“ABŞ imperializmi məni öldürmək istəyir. Biz elə indicə bu planı ifşa etdik. Məni öldürmək üçün hazırlanan plana şeytanın marionetkası şəxsən rəhbərlik edirdi. Sui-qəsdçilər bizimlə bacarmadılar və bacarmayacaqlar, çünki bizim tanrımız bizi qoruyur”, – Maduro bildirib.(Axar.az)

Facebook Comments