Madurodan AB-yə: Rədd ol ölkəmizdən!

Avropa İttifaqı Venesueladan mümkün qədər uzaq durmalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.

O, ittifaqı Venesuelanın daxili işlərinə qarışmamağa çağırıb:

“Seçkilər, demokratiya və azadlıq! Heç kim Venesuelanın daxil işlərinə qarışmasın! Ona görə də Avropa İttifaqına çağırış edirəm: koronavirusa, Avropada rasizmə, iqtisadi böhrana görə narahat olun, artıq Venesuela ilə işiniz olmasın! Avropa İttifaqı, rədd ol Venesueladan! Sizin müstəmləkəçi baxışlarınıza son!”

Facebook Comments