“Madonnanı müğənni hesab etmirəm, sıfırdır” – Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” verilişinin qonağı olub.
Sozcu.az xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) müğənnini dünya ulduzu Madonnaya bənzətməsi qarşı tərəfin xoşuna gəlməyib. Dadaşova “Azərbaycanın Madonnası Brilliant dadaşovadır” sözlərinə belə cavab verib:

“Madonnanı müğənni hesab etmirəm. Gözəl şou göstərir, akrobatik hərəkətlər edir. Gözəl qadındır, yaxşı vücudu var. Müğənni kimi sıfırdır. Ona heç qulaq asmıram”.

Təəccüblənən Tolik “Doğrudan? Onda sizi Selin Diona bənzədim” sualını ünvanlayıb. Müğənni “Elə məni özümə bənzət” sözləri ilə ona münasibət bildirib.