“Mən Ronaldo və ya Messi deyiləm, amma…”

İtaliya A Seriyasının son turunda “Empoli”yə 1:0 hesabı ilə qalib gələn “Yuventus”un hücumçusu Moyze Kin, matçdan sonra açıqlama verib.

Sozcu.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komandasının yeganə qolunu vuran 19 yaşlı futbolçu, bunları deyib:

“Mən Kriştiano Ronaldo və ya Lionel Messi deyiləm, amma çox yaxşı çalışaraq, bir gün onların səviyyəsinə çatacağıma ümid edirəm”.

“Qoca sinyora” ilə 2020-ci ilədək müqaviləsi olan italiyalı futbolçu, bu mövsüm iştirak etdiyi 7 oyunda 3 qolla yadda qalıb.(Komanda.az)

Facebook Comments