Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Sozcu.az xəbər verir ki, XİN-in mətbuat katibi Leyla Abdullayeva Tvitter səhifəsində yazıb.

“Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür”, – deyə o qeyd edib.(Axar.az)

Facebook Comments