Məcburi köçkünlər Oqtay Əsədova və deputatlara müraciət etdi – MƏTN

Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri  cənab  Oktay  Əsədova : surəti deputatlara

1. Abbas Aqil Məhəmməd oğluna(83 saylı Ağcabədi-Füzuli seçki dairəsi)   2. Vəliyev Ağalar İsrəfil oğluna (97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi)  3. Əliyev Bəxtiyar Həmzə oğluna (118 saylı Ağdam şəhər seçki dairəsi) 4. Sadıqov Bəxtiyar Yusif oğluna (119 saylı Ağdam kənd seçki dairəsi) 5. Abbaszadə Mahir Tapdıq oğluna (121 saylı Laçın seçki dairəsi) 6. Qasımova Flora Qasım qızına (122 saylı Xankəndi seçki dairəsi) 7. Qurbanov Cavid Qənbər oğluna (123 saylı Kəlbəcər seçki dairəsi) 8. Məmmədov Elman Camal oğluna (124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi) 9. İsmayılov İmamverdi İbiş oğluna (125 saylı Zəngilan-Qubadlı seçki dairəsi)
DAĞLIQ QARABAĞ  VƏ İŞĞAL  OLUNMUŞ ƏTRAF  RAYONLARDAN  OLAN  BİR  QRUP  MƏCBURI  KÖÇKÜNLƏR  TƏRƏFİNDƏN 

BƏYANAT

Biz Qarabağdan   olan məcburi köçkünlər  bəyan edirik. Qarabağı itirmək , dədə-babalarımızın qəbrlərinin düşmən tapdağı altında əbədi qalmaq qorxusu bizi təşvişə salıb. Ermənistan tərəfinin son vaxtlardakı fəaliyyəti , buna Azərbaycan tərəfinin heç o qədərdə sərt olmayan sözdən o tərəfə keçməyən  cavab verməməsi, hakimiyyətin əsas , ən çox söz və səs sahibinə malik olan qanadının- parlamentin, xüsusilə parlamentdə oturan məcburi köçkün rayonlarından olan deputatların susqunluğu, ağızlarına su alıb oturmaları  bizim  ümidlərimizi bir qədərdə qırır. İndiyə qədər hamı bizə ümid verib, bu samitdən sonra məsələ həll olur, filan görüşdən sonra torpaqlar azad edilir, üç ay-beş ay deyə-deyə, o köhnə il, bu təzə il, gələn novruz deyə-deyə  bizi aldadıblar. 26- 27  aldana-aldana yaşamaqdan bezmişik. Qarabağdan qovulmuş əzizlərimizin çoxu öz doğma yurduna qovuşmaq həsrəti ilə dünyadan köçdü. Qalan yaşlı nəslin də ümidləri itməkdədir. Yalanlar, yalan vədlər bizi boğaza yığıb, az qala heç nəyə inamımız qalmayıb.

Dünyanın gözü baxa-baxa  işğalçılar heç bir beynəlxalq hüquqa, qanun-qaydaya  məhəl qoymadan bizim yurdlarımıza sahib çıxır, məskunlaşma işləri aparırlar.  Arxayınlıqla  işğal  etdikləri  rayonlarımızda  müasir  yollar  çəkir, istehsal müəssələri açır və  istirahət  mərkəzləri  tikir. Həmdə  bütün  bunları  ermənilər  özləri  sanki  bizə  göz  dağı  verirlərmiş  kimi  mətbuatda  və  internet  vasitəsi  ilə  yayırlar.

Ermənistanın   İşğal  etdikləri  Azərbaycan  torpaqlarında  məskunlaşdırma  apama  faktlarını  vaxtilə  ATƏT-in fakt araşdırıcı missiyası da təsdiq etmişdi. Missiyanın hesabatına görə, artıq işğal edilmiş ərazilərdə 11 min nəfər yerləşdirilib. Əslində, real rəqəm bundan da çoxdur. Acınacaqlı odur ki, ATƏT-in fakt araşdırıcı missiyasının səfərlərindən sonra ermənilərin bizim dədə-baba yurdlarımızda məskunlaşdırılması daha intensiv şəkildə həyata keçirilir. Mövcud vəziyyət belə bir qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi işğalçı Ermənistanın xeyrinə qəsdən uzadılır. Sanki hansısa sehrli qüvvə həmin ərazilərdə  doğulan azərbaycanlıların  köçkünlükdə ölüb qurtarmasını gözləyir, o zamanadək baş qatıb vaxtı uzatmağa çalışır, görünür belədə torpaqların işğalını daha rahat legitimləşdirə biləcəklərini güman edirlər.

Özlərini insanların hüquq və azadlıqlarının müdafiəçisi adlandıran, demokratiyanın qarantı sayan dövlətlərin, beynəlxalq qurumların gözü qarşısında artıq sayı bir milyona çatan qarabağlılar  XXI yüzillikdə səfil, sərgərdan duruma salınıb. Açığı, heç Azərbaycan dövlətinin də Qarabağ münaqişəsinə dair fəaliyyəti bizi qane etmir. Sanki Bişkek protokolu, Madrid prinsipləri kimi sənədlərlə razılaşmaqla Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək yolunda öz əl-qolunun bağlanmasına  imza  atıb. Uzun illər ərzində bu razılaşmalara Azərbaycan tərəfi əməl edib, bəs nəticəsi hanı?  Münaqişənin həlli ilə məşğul olan , münaqişənin guya sülh yolu ilə nizamlanmasına nəzarət edən tərəflər ərazisi işğal olunan Azərbaycanın təmkinli , dözümlü davranışlarını dəyərləndirdilərmi ?! Əksinə bizi işğalçı ilə bərabər tutaraq daimə kompramisə, güzəştə  getməyə çalışdılar. ATƏT-in Minsk qrupunun regiona səfərləri artıq cəmiyyətdə ironiya ilə, gülüşlə qarşılanır. Sanki qəlyan altını İrəvanda, naharı Xankəndinə, şam yeməyini Bakıda etməyə, gahda əksinə  Bakıda  şam, Xankəndındə  nahar, İrəvanda  şam  etməyə  gəlirlər.

Tarixən İrəvandan tutmuş Azərbaycanın digər torpaqlarına havadarlarının köməyi və özlərinin hiyləgərliklə,  “məzlum”  vəziyyətə  salınmış  sifətləri ilə  yerləşdirilmiş  ermənilər, sonradan  yaranmış tarixi fürsətlərdən daha məkrlə istifadə edərək özlərinə  qədim Azərbaycan ərazilərində dövlətdə  qura bilmişdilər. Sonrakı fürsətlərdə Zəngəzur, Göyçə mahallarınıda  məngirləməklə  ərazilərini dahada  genişləndirmişlər. Nəhayət axrıncı fürsətdə dahada qabağa düşərək Azərbaycanın Yuxarı Qarabağ ərazisində ikinci bir erməni dövləti qurmağa cəhd edirlər və əslində de-fakto nail olublar. Ermənilər o qədər azğınlaşıblar ki, Yuxarı Qarabağa aid olmayan və  Yuxarı Qarabağdan iki dəfədəndə çox əraziyə malik olan yeddi rayonuda işğal edib hələki sahib olublar.

Vəziyyət ağırdır .Arxayınçılığa , kimlərinsə vədinə aldanmağa əsas yoxdur. Ermənistan Baş Naziri çox məkirli və aktiv fəaliyyətə keçib. İş o həddə çatıb ki, az qala Qarabağda beynəlxalq səviyyəli tədbirlər keçirilir. Artıq xarici dövlətlərdən deputatlar , digər dövlət adamları və iş adamları işğal olunmuş Azərbaycan torpaqlarına maneəsiz, arxayın səfərlər edirlər. Buna nə demək olar ki, Artıq Laçında, Kəlbəcərdə bələdiyə ceçkiləri keçirirlər. Paşinyan o qədər arxayındırki  əvvəlcə Qarabağda Qarabağ (Arstax) ermənistandır deməklə ictimai fikrə nüfuz etdi. BMT kimi dünyanın ən nüfuzlu təşkilatının tribunasından SSRİ dağılanda Azərbaycan SSRİ-nin tərkibindən  çıxdığı kimi Yuxarı Qarabağda (DQMV)  müstəqilliyinə nail olub dedi və orada cavab verən olmadı.

Ermənistanın  BMT  yanındakı  daimi  nümayəndəliyinin  rəhbəri  Mqer  Marqaryan  tərəfindən qurumun  Baş katibinə  təqdim  olunan  və  daha  sonrada  rəsmi  veb  səhifədə  yerləşdirilən  memoranduma əlavəyə (“non paper”) Dağlıq Qarabağ bölgəsindəki seperatçı  rejimin  hazırladığı 2030-cu  ilə kimi  inkişaf  planı  daxil  edilib. Sənəd  BMT-nin  irəli  sürdüyü    2030- cu  ilədək  nəzərdə  tutulan  Dayanıqlı  İnkişaf  Məqsədlərinin  həyata keçirilməsi  barədə “Arstax Respublikasının”  hesabatı  adlanır. BMT-nin  rəsmi veb-səhifəsində  (un.org) yerləşdirilən  bu  sənəddə  Azərbaycan  əleyhinə  olduqca  ağır  ittihamlara  yer  verilib. Sənəddə Azərbaycanın  “Arstax Respublikas”ına  hücum  etməsi, onun  inkişafına  mane  olması  qeyd  olunur. Daha  sonra  qeyd  olunur ki, Azərbaycanın  təhdidlərinə  və  təcavüzünə  baxmayaraq  “Arstax  Respublikası”  BMT-nin  irəli  sürdüyü  Minilliyin  İnkişaf  Məqsədlərini  həyata  keçirməyə  çalışır.

Bir  daha  bəyan  edirik  ki, heç  bir  vədə  aldanmağa  əsas  yoxdur.  Hələ  vaxtilə  güya  problemin  həllinə  yaxınlaşan  vaxtlar  olduğu  deyilirdi. Bir  dəfə  L. Ter-Petrosyanı  istefaya  göndərməklə , ikinci  dəfə ermənistan  parlamentində  məlum  terror  hadisəsi  törətməklə  həll prosesini  pozdular. Koçaryan  – Sərkisyan  hakimiyyət  ötürməsi  zamanıda  İrəvanda  meydanlarıda  erməni  əhalinin  gülləbaran  edilməsidə  diqqətin  uzun  müddət  Qarabağ  münaqişəsinin  həllindən  yayındırmaq  məqsədi  ilə  edilməsi  şübhə  doğurmamalıdır.

Ermənistanda  axırıncı  hakimiyyət  dəyişməsindən  sonra  Azərbaycan  hakimiyyətinin  paşinyana  neqativ ,  Sərkisyana  müəyyən  qədər  pozitiv  münasibət  göstərməsinə  əsaən  demək  olar  ki , ümid  varmış  ki, S. Sərkisyanla   problemin  həllinə  dair  nə isə müsbətə  doğru  bir  gözləntilərili  varmış.  Elə  isə  nəticə  çıxarmaq  çətinmidir  ki, Paşinyanın  hakimiyyətə  gəlişidə  danışıqları  pozub  vaxt  qazanmaq  üçün  erməni  məkrinin  növbəti  bir  oyunu  olub.  Artıq  Paşinyan  daha  qabağa  gedir  və  qondarma  adlandırılan  qrumun  tanınması  istiqamətində  geniş  iş  görür  və  təbliğat  aparır.  Özümüzə  heç  nə  ilə  təskinlik  verməyə  əsas  yoxdur. Biz  nəyə  arxayın  olub  sakit  otura  bilərik  ki, Qondarma  dediyimiz   “Arstax  respublikası”nın  xarici  işlər  naziri    dünyanı  idarə  edən  super  dövlətə  nəinki  səfər  edə  bilir, hətta  ABŞ  konqrensində  çıxış  edir. Hanı  bizim  uğurlu  xarici  siyasətimiz. Xarici  siyasət  məmurların  və oliqarxların , onların  övladlarının  xarici  ölkələrin  bahalı  istirahət  məkanlarında kef  çəkmələrini, ölkənin  sərvətlərini  talayıb  xarici  ölkələrdə  özlərinə  mülk  almalarını  təşkil  etməkdirmi ?

Biz  məcburi  köçkünlər  artıq  erməni  məkrinə , hiyləsinə  bələd  olmağa , prezdentdən  tutmuş  sadə  vətəndaşa , deputatdan  tutmuş  sravi  seçiciyə  kimi  bütün  xalqımızı  Qarabağ  münaqişəsinin  həllinin bundan  sonra  uzadılmasına  yol  verməməyə  çağırırıq. Zərrə  qədərdə  şübhə  etmirik  ki, yenə  bizi  danışıqlar    prosesinə  cəlb  edib, güya  nə  vaxtsa  Paşinyanla  problemi  həll  edəcəyik  deyəcəklərsə,  bu  əvvəllər  olduğu  kimi   ermənilərin  xeyrinə  vaxtı  uzadmağa  xidmət  edəcək. Məkrli  düşmən  lap  Paşinyanın  güllələnməsi  hesabına  olsa  belə  oyunu  pozacaq.

Bütün  başımıza  gələnlərə  və  gətirilənlərə  rəğmən  Parlamentdə  Qarabağ  məsələsini  müzakirə  edib  ciddi  qərar  qəbul  etməsini  tələb  edirik. Prezdent  özü  məşğuldur  deyib   26  ili  yola  verdiyiniz  bəsdir. Bir  milyon  məcburi  köçkün  insanın  talei  , ölkənin  ən  böyük  problemi  sizi  düşündürməlidir. Tarix  qarşısında  məsuliyyətininzi  dərk  edin.