“Mətbuat məni öldürmək istəyir” – Tibo Kurtua

Mövsümün əvvəli “Çelsi”dən “Real”a transfer olunan Tibo Kurtua oyununa görə tez-tez tənqid olunmağına münasibət bildirib.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən xəbərə verir ki, belçikalı qapıçı deyib:
“Mətbuat məni öldürmək istəyir. Amma buna rəğmən ən yaxşılardan biri mənəm. Özünü güclü hiss edirəm. Çünki çox çalışıram və yaxşı oynayıram”.(Qol.az)