Məşhur kluba ağır cəza

İtaliyanın məşhur klubu “Palermo” növbəti mövsümdən də C seriyasında çıxış edəcək.

Sozcu.az-ın xəbərinə görə, bu barədə İtaliyanın mili federal məhkəməsi qərar qəbul edib. Klub rəhbərliyinin maliyyə pozuntuları səbəbindən bu addım atılıb.

“Palermo” B seriyasında cari mövsümü 3-cü pillədə tamamlamış və A seriyasına qayıtmaq üçün pley-off oynamaq hüququ qazanmışdı. Cəzanın tətbiqindən sonra Siciliya təmsilçisi bu mərhələdə “Peruca” əvəzləyəcək.

B seriyasını 17-ci pillədə tamamlayan “Foca” isə aşağı liqaya düşməmək üçün pley-off-da oynayacaq.(Qol.az)