Məscidlərdə rüşvətxorluğa qarşı xütbələr oxunacaq – QƏRAR VERİLDİ

Qazaxıstan hökuməti korrupsiyaya qarşı mübarizədə yeni bir üsul təklif edib.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Paytaxt Nur-Sultanda müxtəlif dini konfessiya nümayəndələrinin iştirakıyla keçirilən dəyirmi masada dövlət xidməti və korrupsiyaya qarşı mübarizə agentliyinin sədri Alik Şpekbayev bildirib ki, dövlət hakimiyyəti bu məsələ ilə bağlı ruhanilərlə sıx əməkdaşlıq edərsə, respublika sakinləri arasında rüşvətxorluğa qarşı tam dözümsüzlük formalaşdırıla bilər.

“Hər biriniz qanunsuz hərəkətlərə dair qadağaları yalnız dini baxımdan deyil, eyni zamanda ümumbəşəri əxlaq baxımından da izah edə bilər. Bu sahədə dövlətlə din xadimləri arasındakı əməkdaşlığı gücləndirmək çox vacibdir”.-deyə Şpekbayev söyləyib.

Tədbirdə bundan sonra ölkədəki məscid, kilsə və s. ibadətgahlarda rüşvətxorluq və korrupsiyaya qarşı xütbələr, moizələr oxunması qərara alınıb.

Sultan Laçın