Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.6 mln. manat olub.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Sozcu.az