“Məni saf ana olaraq təmsil edir” – Çılpaq fotosundan danışdı

Türkiyəli model Selda Car fotosu ilə sosial medianın gündəmindədir.

Sozcu.az xəbər verir ki, buna səbəb isə onun hamilə vaxtı çəkdirdiyi fotodur.

Belə ki, sənətçi o zamanlar çəkdirdiyi çılpaq fotosunu şəxsi hesabında paylaşıb.

“Qadın olmaq möhtəşəmdir. Bu fotonu paylaşmamışdım, çünki tənqid olunmaqdan qorxurdum. Amma məni bir saf qadın, bir ana olaraq təmsil edir” deyə, Selda yazıb.

Lakin onun fotosu kəskin tənqidlə qarşılanıb. Sənətçinin ünvanına təhqirlər də yazılıb.