“Məni istəməyənləri məhv edirəm”

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Xalq artisti Brilliant Dadaşovanın repertuarına müraciət edib.
Sozcu.az xəbər verir ki, o, sözü və musiqisi Brilliant Dadaşovaya aid “Maç-maç, quc-quc” mahnısını səsləndirib.

“İllər öncə oxunmuşdu, arxivi qarışdırdım. Uğur hamımızındır. Məni sevənləri sevindirir, istəməyənləri məhv edir. Belədə ki, səsimizlə, sənətimizlə, adımızı, işimizi qısqananları məhv etməyə davam edək” deyə, Günel mahnı haqda yazıb.

Qeyd edək ki, mahnının aranjimanı Suat Aydoğduya məxsusdur.(Axşam.az)