Məğlubedilməz UFC döyüşçüsü Həbibə divan tutacağını deyir

Amerikalı MMA döyüşçüsü Ben Askren rusiyalı Həbib Nurməhəmmədovla döyüşə biləcəyini istisna etməyib.

Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə MMA Fighting saytı məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı idmançı Londonda pərəstişkarları ilə görüşü zamanı bu ilin oktyabr ayında Həbiblə oktaqonda üz-üzə gəlməyə hazır olduğunu deyib.

“Fikrimcə, Həbibi güləş hesabına məğlub edə bilərdim”, – deyə Askren vurğulayıb.

Qeyd edək ki, bu vaxtadək Askren UFC turnirində məğlubiyyət acısını dadmayıb. Onun qələbələrinin sayı 19-a çatıb.

Milli.Az