“Lütvəli Babayev Zərdabı işğal edib” – Şikayət

Sozcu.az saytına bir qrup Zərdab rayon sakinlərinin müraciəti daxil olub. Müraciət edən sakinlər Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin idarəçiliyindən narazılıq edərək bir zərdablının arzusudur.

Həmin şikayət məktubunda olan bəzi cümlələri ixtisar edərək təqdim edirik:

Zərdab rayon sakinləri tərəfindən

MÜRACİƏT

Bu gün hər bir vicdanlı zərdablının arzusu Lütvəli Babayevin icra başçısı vəzifəsindən çıxarılmasıdır. Bəlkə də Azərbaycanın heç bir rayonunda belə bir idarəetmə belə bir icra başçısı yoxdur. Uzun illərdi zərdablılar Lütvəli Bbayevin nə vaxt işdən çıxarılacağını səbirsizliklə gözləyirlər. Lütvəli Babayev düz 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsindədir. 12 il əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə edən də rayonun hansı şəkildə bərbad vəziyyətə düşdüyünü aydın görmək olur.

Bütün idarə, müəssisə işçilərinin əmək haqqısından hər ay pul tutulub Lütvəli Babayevə verilir. Hər bir məktəbdən ayda 1000 manat pul yığılır. Hər bir müəllim maaşından direktora verir ki, gözü doymayan Lütvəli Babayevə verilsin. “DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyub. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür.Ümumiyyətlə Lütvəli Babayev digər rayonların icra başçıları ilə müqayisə edilməz dərəcədə nəfsigir, rüşvətxor və çox yaramazdır.Abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil. Camaat qan ağlayır, sakinlər Lütvəli Babayevin yarıtmaz idarəçiliyindən beziblər.

Lütvəli Babayevin psixoloji probleminin və tam savadsız olmasını nəinki bütün zərdablılar həttda demək olar ki, bütün Azərbaycan əhalisi bilir. Onun kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını oğurlaması, yığıncaqda Qarabağa aid məlum savadsız sərsəm çıxışını (youtubda var), mərhum qadının qəbrinə baxıb şəkildən həzz almasını, aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub.

Diqqət edin bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib ki, razılıq alınıb yaxın günlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayaraq Zərdabı da mən idarə edəcəm.

Biz zərdablılar çox narahatıq ki, Qarabağı ermənilər, Zərdabı isə Lütvəli Babayev işğal edib rayonu yaman günə qoyub. İnsanlar bunun əlindən beziblər. Əslində isə Lütvəli Babyevin yeri ruhi xəstəxana olmalıdır. Orada müalicə alıb qocalığını etməlidir. Bu adamın nə savadı, nə əqli cəhəti, nədə ki, davranışı rəhbər vəzifəsə olmağa yol vermir. İnsanların nifrətini qazanmış Lütvəli Babyevin korrupsiya cinayətləri baş alıb gedir.Bu gün ən vacib məsələ onun korrupsiya əməllərinin araşdırılması və barəsində ciddi tədbirlərin görülməsidir.Biz zərdablılar inanırıq ki, prezident cənab İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti özü şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan, psixoloji poblemi olan və savadı olmayan Lütvəli Babayevin barəsidnə ciddi tədbirlər görəcək.

İmza; Zərdab rayon sakinləri
Abdullayev Rasim Tapdıq oğlu
Əliyev Famil Ağayusif oğlu
Ağayeva Səmayə Xalis qızı
Qəhrəmanova Fatma Kamal qızı
Səmədov Ramil Fəyyaz oğlu
Quliyev Bəturə Osman qızı
Babayeva Güllü Ağamusa qızı
Dadaşov Bəxtiyar Zeynal oğlu
Talıbova Təhminə Nəriman qızı
Musayev Əli Mövsüm oğlu

Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq