Lukaşenko Türkiyəyə getdi

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyə Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Türkiyə rəsmi səfər edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək, əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Lukaşenkonun səfəri zamanı bir sıra sənədlərin imzalanması və Türkiyə-Belarus İş Forumunun keçirilməsi planlaşdırılır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyəyə rəsmi səfər edib.

Rəsmi qarşılanmadan sonra hər iki ölkə lideri nümayəndə heyətini bir-birinə təqdim edib.