Luis Suares söz verdi

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Liverpul”un qonağı olacaq “Barselona”nın hücumçusu Luis Suares matçdan əvvəl açıqlama verib.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, keçmiş komandasına qarşı mübarizə aparacaq uruqvaylı futbolçu, qol vursa, sevinməyəcəyini deyib:

“Enfild Roud”da qol vursam, sevinmərəm. Futboldan anlayan insanlar ilk oyunda sevinməyimi normal qarşıladı. “Liverpul” azarkeşlərinə hörmət edirəm. Onlara minnətdaram. Qol vursam, onların qarşısında sevinməyəcəm. “Liverpul”da möhtəşəm illər keçirdim. Azarkeşlərin fitə basmalarından daha çox, alqışlayacağını düşünürəm”.

“Qırmızılar”ın heyətində Məhəmməd Salah və Roberto Firminonun bu oyunda iştirak etməyəcəyi ilə bağlı danışan 32 yaşlı futbolçu, bunları deyib:

“Liverpul”un əhəmiyyətli itkiləri var, amma bu, bizim planlarımızı dəyişdirməyəcək. Rəqibin fərqli istedadlara malik futbolçuları var. Onlara hörmət edirik”

Suares 2011-2014-cü illərdə “Liverpul”un şərəfini qoruyub.

“Liverpul” – “Barselona” matçı bu gün, saat 23:00-da start götürəcək. İlk oyunda “Barsa” 3:0 hesablı qələbə qazanıb.(Komanda.az)

Facebook Comments