Londondan İranla bağlı vacib qərar

İngiltərə ABŞ-İran gərginliyinin azaldılması üçün Tehrana nümayəndə heyəti göndərəcək.

Sozcu.az xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyinin məlumatında deyilib.

Belə ki, diplomat Endryu Morrisonun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Tehrana rəsmi səfər edəcək.

Səfər zamanı İranın bir neçə hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Həmçinin bildirilib ki, heyət rəsmi görüşlərdə İranın nüvə sazişi şərtlərini yerinə yetirməməsi ilə bağlı İngiltərənin və digər ölkələrin narahatlığını qarşı tərəfə çatdıracaq.(Axar.az)