“Liverpul”un futbolçusu narazıdır: “Bəlkə də, bu sistemin dəyişikliyə ehtiyacı var”

“Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum FİFA və FİFPro birgə səsverməsi ilə müəyyənləşdirilən 2019-cu ilin rəmzi komandası ilə bağlı açıqlama verib.

Sozcu.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, mövsümün ən yaxşı futbolçularından ibarət rəmzi komandanın müəyyənləşdirmə sistemindən narazılıq edib:

“Bu barədə hər futbolçunun öz fikri var. Düşünürəm ki, onlar bu dəfə mövsümün ən yaxşı futbolçularının siyahısından fərqli olaraq, 11 sevimli futbolçunun adını açıqladılar. Kriştiano Ronaldo və Lionel Messi ən yaxşı mövsümlərini keçirməsələr də, hər zaman bu komandada olacaqlar. Bəlkə də, bu sistemin dəyişikliyə ehtiyacı var. Çünki bu siyahıda yer alması lazım olan futbolçular var, amma onların adı rəmzi komandada yoxdur. Məncə, Endi Robertson və Trent Aleksandr-Arnold mütləq bu siyahıya daxil edilməli idi. Bundan əlavə, Məhəmməd Salah və Sadio Manenin də bu siyahıda adı olmalı idi”.(Komanda.az)