“Liverpul”un futbolçusu italyanların hədəfində

“Liverpul”un müdafiəçisi Deyan Lovren mövsümün sonunda klubu tərk edə bilər.

Sozcu.az xəbər verir ki, 29 yaşlı müdafiəçiylə İtaliyanın “Roma”, “Napoli” və “Milan” klubları yaxından maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Roma” və “Napoli”nin müdafiənin mərkəzinə lider futbolçu kimi Lovreni gördükləri bildirilib. “Milan” isə sadəcə, müdafiədəki oyunçuların sayını artırmaq və heyəti gücləndirmək istəyir.

2014-cü ildən “Liverpul”da forma geyinən Lovrenin də komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir. Onun transfer dəyəri 20 milyon avrodur.

Lovren Xorvatiya millisinin də şərəfini qoruyur. O, yığmada keçirdiyi 50 oyunda 2 qol vurub.(Qol.az)